34 ildən sonra Xocalının Təzəbinə kəndində İLK ZƏNG
15 sentyabr 2026 11:20 (UTC +04:00)

34 ildən sonra Xocalının Təzəbinə kəndində İLK ZƏNG

0

Xocalı rayonunun Təzəbinə kəndində 34 illik fasilədən sonra yeni dərs ili başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, işğaldan azad edilən kəndin sakinlərinin övladları əsaslı təmir olunmuş Təzəbinə kənd tam orta məktəbində tədrisə başlayıblar.

Məktəbdə müasir tələblərə uyğun fənn kabinetləri yaradılıb, təhsil ocağı zəruri avadanlıqlarla təchiz edilib.

Məktəbin direktoru Loğman Məmmədov bildirib ki, burada 200-ə yaxın şagirdin təhsil alması gözlənilir. Kəndə köç prosesi davam etdikcə şagirdlərin sayının artacağı qeyd olunub.

Beləliklə, Təzəbinə kəndində 34 ildən sonra məktəb zəngi yenidən çalınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar