Azərbaycanda örüş, otlaq və biçənəklərdən istifadə qaydaları dəyişdi
01 iyul 2013 10:40 (UTC +04:00)

Azərbaycanda örüş, otlaq və biçənəklərdən istifadə qaydaları dəyişdi

Nazirlər KabinetiÖrüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər yay və qış otlaq sahələrinin yerlərdə dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət formalı təsərrüfatlar, eləcə də digər fiziki və hüquqi şəxslər arasında bölüşdürülməsi yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı ilə həyata keçirilib.

 

Bundan sonra dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət formalı təsərrüfatların, eləcə də digər fiziki və hüquqi şəxslərin yay və qış otlaq sahələrinə olan tələbatı haqqında məlumatlar həmin təsərrüfatların yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən öyrənilərək, hər ilin 1 mart tarixinə müvafiq siyahılar təsdiq ediləcək və 10 gün müddətində yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və bələdiyyələrə göndəriləcək. Həmin siyahılar yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təqdim olunduqdan sonra 20 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin rayon (şəhər) torpaq şöbələri tərəfindən müvafiq torpaqayırma sənədləri hazırlanaraq təsdiq edilməsi üçün yerli icra hakimiyyəti orqanlarına təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar