Azərbaycan, Rusiya və Latviya alimləri yeni dərman hazırlayır
06 sentyabr 2013 14:46 (UTC +04:00)

Azərbaycan, Rusiya və Latviya alimləri yeni dərman hazırlayır

Azərbaycan, Rusiya və Latviya alimləri onkoloji, psixotrop, hepatit və digər xəstəliklərin müalicəsində istifadə oluna biləcək yeni növ preparatların hazırlanması istiqamətində tədqiqatlar aparır.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu işlər Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutu, Rusiyanın Kuban Dövlət Texnologiya Universiteti və Latviya Elmlər Akademiyası Üzvi Sintez İnstitutu tərəfindən “Potensial Fizioloji aktiv maddələrin bioloji təsiri istiqamətində yeni kondensləşmiş sistemin kimyəvi dizaynın yaradılması” adlı 2 illik layihə çərçivəsində həyata keçirilir.

 

Yeni imzalanmış layihənin icra planı sentyabrın 10 və 11-də Rusiyanın Krasnodar vilayətində müzakirə olunacaq. Müzakirədə Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri Sərdar Zeynalov da iştirak edəcək. Onun sözlərinə görə, layihədən məqsəd amin turşuları əsasında yeni bioloji-aktiv maddələrin alınması, onların quruluşunun, fiziki-kimyəvi xassələrinin təyin edilməsi və bioloji aktiv maddələr kimi tətbiq olunmasıdır. Tədqiqatların nəticələrindən əldə olunacaq kimyəvi birləşmələr formaseptik dərmanların hazırlanmasında istifadə oluna bilər ki, bu da yuxarıda qeyd olunan xəstəliklərin müalicəsində fayda verə bilər.

# 629
avatar

Oxşar yazılar