Azərbaycan prezidenti İlham Əliyev Azər İbrahimova “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, A. İbrahimova fəxri ad Dövlət Sərhəd Xidmətinin qanunvericiliyinin inkişafında xidmətlərinə görə verilib.