Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri , millət vəkili Azay Quliyev Asiya İnkişaf Bankının ölkə direktoru Olly Norojono ilə görüşüb. Şuradan Lent.az-a verilən məlumata görə, AİB-in ölkə ofisinin rəhbəri bankın fəaliyyəti haqqında məlumat verərək, Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Norojono təmsil etdiyi bankın Azərbaycanda bir sıra layihələrə dəstək verdiyini və bu fəaliyyətin gələcəkdə də davam etdirilməsi niyyətində olduqlarını bəyan edib.
Şura sədri, millət vəkili A.Quliyev Şuranın fəaliyyəti haqqında qonağa məlumat verərək dövlətin QHT-lərin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında danışıb. A.Quliyev Asiya İnkişaf Bankının əməkdaşlıq təklifini müsbət qiymətləndirdiyini və diqqətlə araşdırılacağını qeyd edib. Görüşdə iki qurum arasında əməkdaşlığa dair konkret təkliflərin hazırlanması istiqamətində razılıq əldə olunub.