Coğrafiya elmləri doktoru, professor Ağazeynal Qurbanzadənin yeni kitabı çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, "XXI əsr: dayanıqlı inkişafın aqrar sənaye klaster faktoru" adlanan monoqrafiyada inkişafın Azərbaycan dialektikasının strateji önəmində aqrar-sənaye klasterin dayanıqlı funksional nəzəri-metodoloji xəritəsi, kreativ resurs anlayışına baxış və diversifikasiya çağırışları əsaslandırılıb.
Eyni zamanda Dayanıqlı və aqrar sənaye tsiklinin "ideal" modelinin daxili məntiqi və onun dialektik ərazi təşkili formaları ilə bağlı olan problemlərə iqtisadi-coğrafi elmi tədqiqatlardan yararlanmaqla münasibət bildirilir.
Əsər tədqiqatçılar, təhsil sferası və eləcə də peşəkar oxucular üçün faydalı sayıla bilər.