(R) Bank Respublika və Hesab.az portalı tərəfdaş oldular
04 iyul 2013 13:29 (UTC +04:00)

(R) Bank Respublika və Hesab.az portalı tərəfdaş oldular

Bank Respublika ASC-si ölkənin ən iri onlayn xidmətlər resursu sayılan Hesab.az portalının plastik kartların sifarişi üzrə eksklyuziv tərəfdaşı seçilib. Artıq portalda qeydiyyatdan keçən hər bi istifadəçi onlayn ödəmə aparmaq üçün real vaxt rejimində Bank Respublika istənilən filiallar şəbəkəsindən plastik kart sifariş edə bilər.

 

Bunun üçün Hesab.az portalında qeydiyyatdan keçən müştərilər, bank kartının olması barədə suala cavab verməli və özlərinə kart sifariş etmək istədikləri təqdirdə Visa və yaxud MasterCard debet plastik kartlarından birini seçməlidirlər. Bank Respublika bu kartları istifadəçilərə pulsuz təklif edir və sərfəli PayKart bonus sisteminə qoşur. PayKart sistemi Bankın tərəfdaşları olan və 36 brendi təmsil edən şirkətlər şəbəkəsində alış-veriş zamanı bonus toplayaraq real pul vəsaiti qazanmaq imkanı verir. Bundan başqa, Bank Respublika tərəfindən buraxılan plastik kartların xaricdə və internetdə onlayn ödənişlər üçün istifadəsi kimi və "MobilBank", "Home Banking", "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change" və "3D Secure” xidmətlər kimi bir sıra digər üstünlükləri də var.

 

Xatırladaq ki, «GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az, istənilən mobil operatorlar, İnternet-provayderlər, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin hesablarını bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bundan başqa, portalda bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Bu zaman qeydiyyatdan keçən 64 min abunəçi «Şəxsi kabinet» açmaq, ödəniş tarixçələrini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Bütün əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən «GeoTrust SSL»-şifrələnmə əsasında təmin edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar