<span style="color:red;">Bakı sakinlərinə şad xəbər:  Yeni ASAN Xidmət Mərkəzi açılır
10 aprel 2014 17:05 (UTC +04:00)

Bakı sakinlərinə şad xəbər: Yeni ASAN Xidmət Mərkəzi açılır

Bakıda yeni ASAN Xidmət Mərkəzi açılacaq. Lent.az-ın məlumatına görə, Sabunçu rayonunda inşa olunan yeni mərkəz binasında son-tamamlama işləri həyata keçirilir. Yeni bina Bakıxanov qəsəbəsi Sülh küçəsi 35 ünvanında yerləşir. Burada Sabunçu rayonunun əhalisinə xidmət göstəriləcək. Mərkəzin may ayında istifadəyə verilməsi gözlənilir.

 

Qeyd edək ki, Sabunçu rayonunun əhalisinin sayı 250 min nəfərə yaxındır. Bu rayonun əhalisi əsasən Bakının kənd və qəsəbələrində yaşayanlardır.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzləri 2012-ci ildə yaradılıb. Hazırda Bakının bir neçə rayonunda bu mərkəzlər əhaliyə xidmət göstərir. Həmçinin ASAN Xidmətin səyyar qrupu vaxtaşırı olaraq rayonlara səfər edir və kənd rayonlarında fəaliyyət göstərir.

# 5273
avatar

Nizam Rza

Oxşar yazılar