![[b]Bazarda süni kürü satılır - XƏBƏRDARLIQ - VİDEO[/b]](https://lent.az/storage/news/2019/march/10/big/bb4a0ccba89a7c47abbeeaf54ca1cd20.jpg)
[b]Bazarda süni kürü satılır - XƏBƏRDARLIQ - VİDEO[/b]
Əsl kürünün 1 kq-nın qiyməti 1000 manatdan baha olsa da, hazırda bəzi restoran və şadlıq evlərində qonaqlara ucuz qiymətə kürü təqdim edilir.
Lent.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, marketlərdə balıq kürüsünün 100 qramının satış qiyməti 4 manatla 190 manat arasında dəyişir. Amma hansının təbii, hansının sənaye üsulu ilə hazırlandığını bilmək çox çətindir.
Əsl kürünün 1kq-nın qiyməti 1200-2500 manat arasında dəyişir. Halbuki, bir çox restoranlarda və şadlıq evlərində hələ də süfrəyə balıq kürüsü qoyulur. İnsanlar isə bu qidadan çəkinirlər.
Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, suni kürü balıq yağından hazırlanır və üzərinə aroma və rəngləndiricilər vurulur. Bu isə birbaşa olmas da, dolayı yolla insan sağlamlığı üçün ziyanlıdır.
Suni kürünü müəyəyn etməyin isə bir neçə üsulu var.
Qeyd edək ki, suni kürünün satışı qadağan edilməsə də onun üzərinə bu məhsulun sənaye üsulu ilə hazırlandığının yazılması mütləqdir. Amma bəzi işbazlar bunu yazmayaraq istehlakçıları aldatmağa çalışırlar.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06