“NƏSİMİDƏN FÜZULİYƏ” şeir müsabiqəsinin yekun tədbiri keçirilib
22 iyun 2019 18:20 (UTC +04:00)

“NƏSİMİDƏN FÜZULİYƏ” şeir müsabiqəsinin yekun tədbiri keçirilib

Azərbaycan Mədəniyyət  Nazirliyi,  İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən  “NƏSİMİDƏN FÜZULİYƏ” şeir müsabiqəsinin yekun tədbiri keçirilib.

Lent.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı teatrında baş tutan tədbiri Dini Araşdırmalar mərkəzinin direktoru Natiq Rəhimov açaraq klassik poeziyamızı gənclər arasında təbliğ etməyin vacibliyini vurğulayıb.

Professor Tərlan Quliyev Nəsimi və Füzuli tondeminin Azərbaycan ədəbiyyatındakı əhəmiyyəti və özlərindən sonra yaranan ədəbiyyata təsiri haqqında çıxış edib.

Daha sonra AYB Xəzər bölməsinin sədri, şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəbdən söz açıb, “Hürufilik” təriqəti və orta əsrlərdə fəaliyyət göstərən digər təriqətlər haqqında ümumi məlumat verib. Nəsimi və Füzuli yaradıcılığına nəzər salan A.Buzovnalı onların əsərlərindəki poetik obrazlardan və rəmzlərdən, həmçinin irfani terminlərdən söz açıb. Təşkil olunan festivalların, müsabiqqələrin əruz ölçülü ədəbiyyatın təbliğində vacib rol oynayacağına ümidvar olduğunu bildirib.  

AYB-nın katibi, yazıçı-dramaturq İlqar Fəhmi çıxışında Nəsimi və Füzulinin müasir ədəbiyyatda rolu, klassik şeir janrlarının gənclər arasında yayılması, Nəsimi və Füzuli kimi böyük şairlərin onlara təsirindən danışıb.  

Sonda poeziya gecəsi müsabiqədə  iştirak edən gənc yazarların şeirləri ilə davam edib, qaliblərin adları açıqlanıb. AYB Xəzər Bölməsinin üzvləri- Kamal Hüseynzadə I yer, Vəlixan Abdullayev  II yer, Xəyal Vasif  III yerin sahibi olublar. 

Müsabiqədə həvəsləndirici mükafatın sahibləri isə Tahirə Bərraq və Əlhəm Dəşti seçilib.

Müsabiqənin laureatlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Aygün İbrahimli

Oxşar yazılar