Xüsusi avtomaşında səyyar fəaliyyət göstərən “Gəzən kitabxana” Gəncədə olub. Lent. az-ın məlumatına görə, 5 min adi və 10 min elektron kitabla, eləcə də bir neçə noutbuk, geniş ekranlı televizor, generator və digər texniki vasitələrlə təchiz olunmuş kitabxana oxuculara yazıçı və şairlərin əsərlərini, elmi-kütləvi nəşrləri, təhsil, səhiyyə, siyasət və digər sahələrin ədəbiyyatlarını təqdim edib.
On gün nəzərdə tutulan səyyar kitabxanada gözdən əlillər üçün də şərait yaradılıb. Heydər Əliyev Fondunun Gəncə Regional İnformasiya Mərkəzinə hədiyyəsi olan audio və brayl əlifbası ilə çap edilmiş kitablar ehtiyacı olan gözdən əlillərə təqdim edilib.
Qeyd edək ki, “Gəzən kitabxana” Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihəsi çərçivəsində ixtisaslaşdırılıb.