“İribuynuzlu heyvanlar arasında yayılan bunyavirus xəstəliyi bişirilmiş ətdən insana keçə bilməz”.
Bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib.
O, bildirib ki, ümumiyyətlə, insanların bu xəstəliyə yoluxması nadir hallarda ola bilər.