Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltif olunmaları haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən Lent.az-ın Təhsil nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, M. Cabbarov bu il tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq 238 məzunun qızıl, ta orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik “4” qiymət aldıqlarını əsas tutaraq 10 məzunun gümüş medala layiq görülməsi barədə əmr imzalayıb.
Qızıl və gümüş medal alacaq məzunların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.