Xarab olub yolda qalan maşına da cərimə yazılmalıdır? -  AÇIQLAMA
29 mart 2022 18:20 (UTC +04:00)

Xarab olub yolda qalan maşına da cərimə yazılmalıdır? - AÇIQLAMA

Son zamanlar məcburən yol kənarında dayanan avtomobillərə dayanma-durma ilə bağlı cərimə yazılması halları artıb.

Lent.az xəbər verir ki, bu barədə dəfələrlə sosial şəbəkələrdə paylaşımlar edilib. Həmin paylaşımlarda nasazlıq səbəbilə məcburən dayanan avtomobillərin cərimə olunması qeyd edilərək, narazılıqlar da bildirilib. Hətta bir neçə gün əvvəl sürücünün avtomobilin partlamış təkərini dəyişdiyi zaman belə dayanma-durmaya görə cərimələndiyi barədə mediada məlumatlar yayılıb.

Görəsən, məcburi şəkildə dayanma-durmanın qadağan olunduğu ərazidə saxlanılan avtomobilə cərimə yazılmalıdırmı?

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, sürücülər məcburi dayanma zamanı tələb olunan qaydalara riayət etsələr, onlar məsuliyyətə cəlb oluna bilməz:

“Yol hərəkəti haqqında" qanuna görə, qəza-dayanma deyilən bir anlayış var. Əgər sürücü və ya sərnişinin səhhətində, avtomobildə texnik problem yaranarsa, yaxud avtomobilə yığılan yük dağılarsa, hərəkət mümkün deyil və məcburən hərəkəti dayandırmaq lazımdır.

"Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsində deyilir ki, əgər məcburi dayanma dayanma-durmanın qadağan olunduğu ərazidə baş verərsə, dərhal qəza siqnalı yandırılmalı, yaxud qəza nişanı quraşdırılmalıdır. Əgər avtomobili idarə etmək mümkünsə, çalışıb dayanma-durmanın qadağan olunmadığı yerdə saxlamaq lazımdır. Mümkün deyilsə, qeyd etdiyimiz kimi, qəza dayanma siqnalı qoşulmalı və ya nişan qoyulmalıdır. Bundan sonra isə yaranmış problemlə əlaqədar tədbir görülməyə başlanılmalıdır. Bu tədbirlər bir neçə dəqiqədən, hətta saatlara qədər belə uzana bilər. Əgər qanuna əsasən, qəza dayanma siqnalı, yaxud nişanı quraşdırılıbsa, həmin sürücü dayanma-durmanı pozduğu üçün məsuliyyətə cəlb oluna bilməz”.

Qeyd edək ki, dayanma-durma qaydalarının pozulmasına görə cərimənin miqdarı 20 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3993

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07