Xaldan yolunda hərəkət məhdudlaşdırılır - Ay yarım
04 oktyabr 2024 12:40 (UTC +04:00)

Xaldan yolunda hərəkət məhdudlaşdırılır - Ay yarım

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində Xaldan kəndi ərazisində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmaq, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etmək, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmək xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar