Universitetin  qapıları bağlandı:   Tələbələr etiraz aksiyasına  pəncərələrdən   çıxıb getdilər
25 mart 2025 13:47 (UTC +04:00)

Universitetin qapıları bağlandı: Tələbələr etiraz aksiyasına pəncərələrdən çıxıb getdilər

Əkrəm İmamoğlunun həbsindən sonra İstanbul Texniki Universitetində tələbələr etirazlarını davam etdiriblər. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, universitet rəhbərliyi etirazların qarşısını almaq üçün mühafizəçilərə “qapıları bağlayın” göstərişi verib. Lakin qapılar bağlandıqdan sonra tələbələr binanın pəncərələrindən aşağı enməli olublar. 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya əməliyyatı çərçivəsində həbsindən sonra İstanbul Texniki Universitetində (İTU) tələbə etirazları davam edir. 

Xüsusilə Maçka şəhərciyində gərgin keçən etirazlar zamanı universitet rəhbərliyinin mühafizəçilərə “Qapıları bağlayın” əmri verdiyi öyrənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar