Sürücülərin NƏZƏRİNƏ:  bu yollarda təmir gedir
11 oktyabr 2024 11:51 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: bu yollarda təmir gedir

Bakıda bir sıra küçələrdə təmir gedir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun “20 Yanvar” stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.

Bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, “Koroğlu” m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır. Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar