Sürücülərin DİQQƏTİNƏ!  - Bu yollarla getməyin
21 iyun 2022 09:15 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollarla getməyin

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas yolda sıxlıq

3. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq

4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən Koroğlu metrosu istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq

5. Tbilisi prospektində, 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq

6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq

7. Aeroport şossesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

8. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

# 4935
avatar

Oxşar yazılar