Bu gün Ramazan ayının iyirmi dördüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:11-də, iftar vaxtı saat 19:11-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi dördüncü gününün iftar duasını təqdim edir:
“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.
Tərcüməsi: “İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah”!
Allah dualarınızı qəbul etsin!