Prokurorlar 1200 zeytun və Eldar şamı əkdi
25 sentyabr 2026 10:01 (UTC +04:00)

Prokurorlar 1200 zeytun və Eldar şamı əkdi

0

Baş Prokurorluq ağacəkmə kampaniyası keçirib.

Lent.az xəbər verir ki, kampaniya milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, habelə 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə  baş tutub. Sentyabrın 24-də keçirilən ağacəkmə prosesində Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, eləcə də könüllülər iştirak ediblər.

Tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1200-dən çox zeytun və Eldar şamı ağacları əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar