Oktyabrın 19-u Bakıda bu yollar   bağlanacaq
17 oktyabr 2024 16:43 (UTC +04:00)

Oktyabrın 19-u Bakıda bu yollar bağlanacaq

Bildirildiyi kimi, 2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Lent.az xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ və AYNA-nın birgə məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək:

"Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək. Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tətbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilir. Eyni zamanda bildiririk ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq".

"Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək", - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar

Yüzlərlə kişini özünə aşiq etdi:  Tarixin sirli casusu

Yüzlərlə kişini özünə aşiq etdi: Tarixin sirli casusu

17 oktyabr 2024 , 20:15
Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 19:33
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 16:35
Güclü külək  əsəcək:  XƏBƏRDARLIQ

Güclü külək əsəcək: XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 15:39
Naxçıvanda erkən nikaha  cəhdin QARŞISI ALINDI

Naxçıvanda erkən nikaha cəhdin QARŞISI ALINDI

17 oktyabr 2024 , 15:27
 Güclü leysan   yağacaq - Sabahın HAVASI

Güclü leysan yağacaq - Sabahın HAVASI

17 oktyabr 2024 , 12:30
Bu rayonlara leysan yağır  - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

17 oktyabr 2024 , 09:39
Payız bu BÜRCLƏR üçün çətin olacaq

Payız bu BÜRCLƏR üçün çətin olacaq

17 oktyabr 2024 , 09:09