Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib
24 yanvar 2025 12:13 (UTC +04:00)

Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Lent.az xəbər verir ki, təltiflə bağlı sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb.

Diaspor və lobbiçilik fəaliyyətində strateji addımları ilə tanınan Nuran Abdullayev Almaniyada “GFO Kliniken Troisdorf”un klinika direktorudur. Onun son illərdə həyata keçirdiyi diaspor fəaliyyəti geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, diaspor fəaliyyəti təkcə yaşayıb fəaliyyət göstərdiyi Almaniyada deyil, beynəlxalq səviyyədə də geniş tanınır. N.Abdullayevin Azərbaycanın haqlı mövqeyini müdafiə edən çıxışları, müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirakı və diaspor təşkilatlarının strateji planlamasında liderlik rolu ictimaiyyətdə xüsusi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar