Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar -MÜRACİƏT -VİDEO
21 mart 2025 11:18 (UTC +04:00)

Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar -MÜRACİƏT-VİDEO


Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.

Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.

Qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

FHN-nin Novruz bayramı ilə əlaqədar əhaliyə müraciəti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar