AMEA-nın sabiq prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb.
Lent.az xəbər verir ki, o, bununla bağlı "unikal"a açıqlama verib:
"Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb.
Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm", - deyə o qeyd edib.