Jurnalist Səbuhi Məmmədlinin son durumu  açıqlandı
08 avqust 2023 12:53 (UTC +04:00)

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlandı

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, jurnalist Səbuhi Məmmədli avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunub.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub.

Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir.

Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4530
avatar

Oxşar yazılar