İşdən azad olunan şəxsin pensiyası yenidən  necə hesablanır? - CAVAB
07 oktyabr 2024 14:22 (UTC +04:00)

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyanın hesablanması ilə bağlıdır.

Ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Lent.az xəbər verir ki, yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" qanunun  37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn,  pensiya təyin edilib 01.01.2017-ci ildə. İşdən çıxıb 01.03.2019-cu ildə, yəni 6 il tamam olmadan. 01.01.2017-01.03.2019-cu ilərdəki kapitalı 90%-lə nəzrə alınmaqla 118-ə bölünəcək (144 ay -26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=118).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4383
avatar

Fidan İlqar

Oxşar yazılar