Həftə sonu üçün maqnit qasırğası  PROQNOZU: təhlükə barədə XƏBƏRDARLIQ
16 may 2025 21:17 (UTC +04:00)

Həftə sonu üçün maqnit qasırğası PROQNOZU: təhlükə barədə XƏBƏRDARLIQ

Maqnit qasırğalarının bu həftə sonu çox güclü olacağı gözlənilmir, lakin bəzi insanların özlərini pis hiss etmələrinə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, alimlər geomaqnit aktivliyində qarşıdan gələn artımlarla bağlı təzə məlumatlar dərc edib və onların sağlamlığa təsirini minimuma endirmək yollarını izah ediblər.

Günlərə görə proqnoz

17 may, şənbə – Kr-4 səviyyəsinə qədər bir qədər yüksəliş gözlənilir ki, bu da mülayim maqnit qasırğasına uyğundur. Meteohəssas insanların qan təzyiqinin yüksəlməsi və ümumi vəziyyətinin pisləşməsi mümkündür.

18 may, bazar günü – geomaqnit fon Kr-4 səviyyəsində qalacaq. Bəzi bölgələrdə qısamüddətli geoqasırğalar ola bilər. Xroniki xəstəlikləri olan insanlar vəziyyətlərinə diqqətli olmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar