Hava kəskin  dəyişəcək: Güclü leysan, qar yağacaq  - XƏBƏRDARLIQ
15 oktyabr 2024 15:37 (UTC +04:00)

Hava kəskin dəyişəcək: Güclü leysan, qar yağacaq - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Oktyabrın 16-sı axşamdan 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar