Əvəz Zeynallıya  xərçəng diaqnozu qoyuldu
13 aprel 2025 13:22 (UTC +04:00)

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyuldu

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.

Lent.az xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.

Məlahət Zeynallının sözlərinə görə, “Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:

“Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq “mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb: “Bu günlərdə “ximiya”ya başlayacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar