Xəbər veridiyimiz kimi, ötən gün Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib.
Müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb ediblər.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün aksiya səngiyib və məktəbdə dərslər qismən bərpa edilib.
Hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi məktəbdə etiraz edən müəllimləri tək-tək dinləyir.
Araşdırmaların sonunda rəsmi açıqlamanın veriləcəyi bildirilir.
Qeyd edək ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.
Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.