Zaqatalada məktəbdə AKSİYA  - FOTO
20 fevral 2023 10:58 (UTC +04:00)

Zaqatalada məktəbdə AKSİYA - FOTO

Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

Lent.az xəbər verir ki, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqədar məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, məktəbdə baş verən aksiya ilə bağlı məsələ araşdırılır.

Onun sözlərinə görə, hazırda regional təhsil idarəsinin əməkdaşları aksiya keçirilən məktəbdədirlər:

"Məsələ tezliklə araşdırılıb, ictimaiyyətə açıqlama veriləcək".

***

saat 10:44

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzfəsindən azad edilməsini tələb edirlər.

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.

# 28572
avatar

Oxşar yazılar