Dünyanın  ən yaşlı qadını   122 yaşında vəfat etdi
05 fevral 2025 19:59 (UTC +04:00)

Dünyanın ən yaşlı qadını 122 yaşında vəfat etdi

Uzunömürlünün yaşını Ginnesin Rekordlar Kitabı təsdiqləməyib.

“Dünyanın ən yaşlı qadını” Lin Şemu Çində vəfat edib. Onun ailəsi uzunömürlünün yaşını təsdiqləmək üçün heç vaxt Ginnesin Rekordlar Kitabı ilə əlaqə saxlamayıb, buna görə də rəsmi rekordçu 116 yaşında olan braziliyalı rahibə İnah Kanabarro Lukas hesab olunur.

Bununla belə, Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Lin Şemu 122 il 197 gün yaşayıb. Rəsmi sənədlərdə onun doğum tarixi 1902-ci il iyunun 18-dir. O, evdə yatdığı yerdə dinc şəkildə dünyasını dəyişib.

O, Tsin-Quan sülaləsi dövründə doğulub. 1912-ci ildə “Titanik” batanda onun on yaşı olub.

Lin bütün həyatını Çinin Şanxay və Hon-Konq arasında yerləşən Futszyan əyalətində keçirib.

Mərhum əri ilə Linin üç oğlu və dörd qızı var olub. Fevralın 4-də kiçik oğlunun 77 yaşı tamam olub.

Yaşa görə görmə qabiliyyətinin itirilməsi və yıxılaraq hər iki ayağının zədələnməsindən başqa, Linin başqa heç bir xəstəliyi olmayıb və həyatı boyu özünə baxa bilib.

Qohumlarının sözlərinə görə, o, həmişə eşitmə qabiliyyətinə və yaxşı iştaha malik olub. Kiçik oğlu onun hər zaman şən və yaxşı əhval-ruhiyyədə olduğunu bildirib. O iddia edir ki, nə vaxtsa kədərlənsə, tez özündə güc tapıb.

Kişi onun heç kimlə mübahisə etdiyini görmədiyini də paylaşıb.

O, övladlarına tez-tez belə deyirdi: “Həyatda keçilməsi mümkün olmayan maneə yoxdur”.

Daha əvvəl onun uzunömürlülüyünün sirri haqqında soruşduqda, Lin cavab verib: "Yemək, içmək və yata bilmək. Bu, bir nemətdir".

Qeyd edək ki, indiyə qədər yaşamış ən yaşlı insan rəsmi olaraq 122 yaş 164 gün yaşında vəfat edən Janna Kalman tanınıb. O, tarixdə 120 yaşına çatdığı təsdiqlənən yeganə insandır. Linin sənədləri doğrudursa, o, Kalmanı 33 gün üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946

Oxşar yazılar

"Bağırov" tuneli açıldı - VİDEO

"Bağırov" tuneli açıldı - VİDEO

16 aprel 2025 , 14:11
Bakıya leysan,  rayonlara qar yağacaq  - Sabahın HAVASI

Bakıya leysan, rayonlara qar yağacaq - Sabahın HAVASI

16 aprel 2025 , 12:55
Benzinə 90 faiz qənaət etməyin YOLU

Benzinə 90 faiz qənaət etməyin YOLU

16 aprel 2025 , 12:41
Dövlət Sosial Müdafiə Fonduna  yeni sədr  təyin olundu

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

16 aprel 2025 , 11:37
Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT +VİDEO

Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT+VİDEO

16 aprel 2025 , 11:23
Bakıda 92 marşrutda   gecikmə var

Bakıda 92 marşrutda gecikmə var

16 aprel 2025 , 11:14
Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT

Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT

16 aprel 2025 , 11:09
Hazırda bu yollarda tıxac var - SİYAHI

Hazırda bu yollarda tıxac var - SİYAHI

16 aprel 2025 , 10:18