"Diqlas"ın yerində  yeni ticarət mərkəzi tikiləcək
16 may 2025 11:23 (UTC +04:00)

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

0

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1850

Oxşar yazılar