Son statistika: 3705 yoluxma, 1609 sağalma, 32 ölüm
26 noyabr 2020 17:30 (UTC +04:00)

Son statistika: 3705 yoluxma, 1609 sağalma, 32 ölüm

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib, aktiv xəstə sayı 36 273 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 178, ötən müddət ərzində isə ümumilikdə 1 665 832 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4372
avatar

Oxşar yazılar