Bu rayonlarda QAZ OLMAYACAQ
03 oktyabr 2024 21:38 (UTC +04:00)

Bu rayonlarda QAZ OLMAYACAQ

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar  oktyabrın 4-ü saat 10:00-dan 13:00-dək “Sərdərov adına BMZ(Digəh)” ölçü qovşağından, saat 09:00-dan işlər yekunlaşanadək “Ağcabədi” və “Beyləqan” ölçü qovşaqlarında qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə paytaxtın Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Baksol ərazisinin, Zəngəzur yaşayış massivinin, Ağcəbədi şəhəri daxil olmaqla, rayonun 9 qəsəbə və 36 kəndinin, həmçinin  Beyləqan şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 6 küçəsinin qaz təchizatında fasilə müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar