Bu rayonlara qar yağır  - FAKTİKİ HAVA
21 oktyabr 2024 16:12 (UTC +04:00)

Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 21-i saat 16:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,  əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar  yağır.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2967
avatar

Oxşar yazılar