Bu küçələrdə avtobus zolağına girməyə  icazə verildi - SİYAHI
15 oktyabr 2024 15:34 (UTC +04:00)

Bu küçələrdə avtobus zolağına girməyə icazə verildi - SİYAHI

Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Adbulla Şaiq, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti,
Zuğulba yolu və Zığ şossesindəki zolaqlarda hələ ki, 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. 

Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir. 

Həmin küçələr:

Gülarə Qədirbəyova 
Niyazi
İstiqlaliyyət
Üzeyir Hacıbəyov  
Bakıxanov 
Koroğlu Rəhimov
Neftçilər prospekti
Heydər Əliyev prospekti
Mehdi Hüseyn 
Teymur Elçin 
Parlament prospekti
Nəriman Nərimanov
Mikayıl Müşfiq
Salyan şosesi
Hava limanı şosesi
Bülbül prospekti
Azadlıq prospekti
Həsən Əliyev 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar