Binəqədi-Balaxanı yolunda hərəkət məhdudlaşdırılır
27 sentyabr 2024 11:25 (UTC +04:00)

Binəqədi-Balaxanı yolunda hərəkət məhdudlaşdırılır

Bakıda daha bir yolda təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, təmir işləri 30 sentyabr saat 6:00-dan etibarən Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda “Balaxanı dairəsi” adlanan ərazisində aparılacaq. Dairənin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar