Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA
16 oktyabr 2024 09:27 (UTC +04:00)

Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA

Bu gün saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8 mm, Lənkəran, Şamaxı, Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz, Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul, Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.

Yevlax, Göyçay, Göygöl, Lerik, Qusar, Quba, Qobustan, Şamaxı, Şəki, Qax, Balakən, Tovuz, Şəmkir, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Zaqatala, Xaltan, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735
avatar

Oxşar yazılar