Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
Noyabrın 17-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Noyabrın 16-sı gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.