Bakının 550 küçəsi  yuyuldu
19 aprel 2025 17:56 (UTC +04:00)

Bakının 550 küçəsi yuyuldu

Bu gün Bakının əksər küçələrində iməcilik keçirilib.

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 19-da Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230

Oxşar yazılar