Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA
05 fevral 2025 08:22 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.

Lent.az xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.  Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən  yenidən güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar