2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcəkdir.
Lent.az xəbər verir ki, bu barədə DİN və AYNA-nın birgə məlumat yayıb.
Bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.
Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində yollarda tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir.
Daha ətraflı məlumat yaxın zamanda veriləcəkdir.