Bakıda bir neçə marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qurumdan verilən xəbərə görə, aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.