Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı  - YENİLƏNİB
03 may 2025 18:00 (UTC +04:00)

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB

Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Bakı Metropoliteni İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb.

Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.

***
15:16

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə Lent.az-a Bakı Metropoliteni İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, elektrik kəsintisi zamanı qatarlar 10 dəqiqə tuneldə qalıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5116

Oxşar yazılar