Azərbaycanlı sərnişinlər Moskvadan Bakıya uça bilmir,  aeroportda yatırlar - VİDEO
08 may 2025 09:53 (UTC +04:00)

Azərbaycanlı sərnişinlər Moskvadan Bakıya uça bilmir, aeroportda yatırlar - VİDEO

Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında uçuşlarını gözləyən insanlar yerdə və kafelərdə yatırlar.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, sərnişinlərin sözlərinə görə, Moskva-Bakı reysi artıq 6 dəfə təxirə salınıb.

İnsanlar təxminən bir gün uçuşlarını gözləyirlər.

Onlara yemək kuponu, bəzilərinə isə oteldə yer verilib.

Qeyd edək ki, reyslərin təxirə salınması Moskvaya PUA hücumları ilə bağlıdır.

Belə ki, Moskva və digər şəhərlərdəki hava limanlarında PUA təhlükəsi ilə bağlı bir sıra uçuşlar dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148

Oxşar yazılar