Azərbaycan elektron media sahəsində www.bakues.az informasiya portalı fəaliyyətə başlayıb.
Lent.az xəbər verir ki, artıq bir neçə ildir, xəbər portalının "bakues" adı altında "İnstagram" və "Facebook" səhifələri, o cümlədən "Youtube" və "Telegram" kanalları mövcuddur.
"Bakues.az" saytı eyni adlı sosial şəbəkə hesabları ilə sintez şəklində fəaliyyət göstərəcək.
"www.bakues.az" informasiya portalının təsisçisi Nicat Sadıqov, baş redaktoru Fikrət Məmmədovdur.