Azərbaycanda uşaqlar arasında yayılan virusun adı AÇIQLANDI
05 yanvar 2022 18:28 (UTC +04:00)

Azərbaycanda uşaqlar arasında yayılan virusun adı AÇIQLANDI

Azərbaycanda uşaqlar arasında təhlükəli virusun yayılması barədə xəbər vermişdik.

Qızdırma, halsızlıq, boğaz ağrısı, ürək bulanma simptomları ilə yayılan bu xəstəlik artıq böyüklər arasında da sürətlə yayılır. 

İnsanların əziyyət çəkdiyi bu xəstəliyin adı nədir?

Bununla bağlı Lent.az-a açıqlama verən pediatr Elşən Tağıyev bildirib ki, həmin virusun adı "İnflunza A" adlanır:

“Bu böyük ehtimal "İnflunza A" virusudur. Çünki artıq bir neçə klinikada testlər olunub və bu xəstəliyin "İnflunza A" olduğu testlərdə pozitiv çıxıb. Yaxın zamanlarda bu virusla bağlı testlər bizim klinikalarımıza da gətiriləcək. Qeyd etmək istəyirəm ki, bu virusa qarşı peyvənd var. Əgər insanlar mövsümi qripə qarşı peyvənd vurdursalar, bu virusdan da qorunmuş olacaqlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8583
avatar

Aytəkin Cəlali

Oxşar yazılar