Azərbaycanda hava KƏSKİN SOYUYACAQ  - XƏBƏRDARLIQ
10 may 2025 14:07 (UTC +04:00)

Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ

Mayın 11-i günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar