Azərbaycana YAZ GƏLDİ
20 mart 2025 13:01 (UTC +04:00)

Azərbaycana YAZ GƏLDİ

Yaz fəsli saat 13:01-də Şimal yarımkürəsinə daxil olub. 

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən məlumata görə, bu zaman Günəş ekliptika üzrə hərəkət edərək göyün Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz bərabərliyi zamanı gecə və gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Bundan sonra isə Şimal yarımkürəsində gündüzlər uzanır, gecələr isə qısalır. Günəş hər gün zenitə daha yaxın mövqeyə qalxır və Yaz-Yay ayları boyunca daha çox istilik və işıq yayır. Gündüzün uzunluğunun artması Yay günəşduruşu gününə qədər davam edir.

Qeyd edək ki, fəzada planetlərin konfiqurasiyası sabit olmayıb, bir-birinə göstərdikləri cazibə qüvvəsinin təsiri ilə presessiyaya məruz qalır. Nəticədə Günəş və Ayın təsiri ilə Yerin fırlanma oxu fəzada periodu 26 000 il olan konus cızır. Yaz bərabərliyi nöqtəsi də  göy sferində göy ekvatoru ilə Yerin orbitinin kəsişmə nöqtələrindən biridir. Yerin oxunun presessiyası nəticəsində Yaz bərabərliyi nöqtəsi əvvəllər Qoç bürcünə düşsə də zamanla Balıqlar bürcünə, Payız bərabərliyi nöqtəsi isə Tərəzi bürcündən Qız bürcünə doğru sürüşür. Əlavə olaraq  presessiya təsiri nəticəsində Yaz bərabərliyi nöqtəsi Günəşin illik hərəkətinə qarşı sürüşdüyündən biz hər il Yaz fəslinə bir az tez daxil oluruq ki. Bu da tropik ilin uzunluğunun ulduz ilindən qısa olmasına səbəb olur.

Bir çox ölkələrdə (Hindistan, Yaponiya, Meksika), o cümlədən ölkəmizdə də Yaz bərabərliyi günü - Baharın gəlişi milli bayram kimi qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar